İstifadə şərtləri
1. İstifadə hüququ
2. Öhdəlik
3. İnternet saytı (əlaqəli öhdəliklər)
4. Müəllif hüquqları
5. Digərləri
"www.newyorker.de" saytının o cümlədən Almaniyadakı istifadəçilərə yönələn
https://www.newyorker.de/az/contact/impressum/New Yorker-nın bütün
saytlarının istifadəsinə aşağıdakı istifadə şərtləri tətbiq olunur.
İstifadə şərtlərini biz vaxtaşırı dəyişəcəyik. İstifadə
şərtlrinin istifadəsinə dair ətraflı xəbərdarlıq əvvəlcədən verilmir. Buna görə vaxtaşırı olaraq istifadə şərtlərini
zoxlamaq məsləhət görülür. Bizim internet saytını istifadə etməklə siz istifadə şərtlərini qəbul etdiyinizi
bildirmiş olursunuz.
Yetkinlik yaşına çatmamısınızsa, bu internet saytından yalnız sizin tərbiyənizə məsul olan şəxslərin icazəsindən sonra istifadə edin. Uşaqların şəxsi məlumatlarının qorunması bizim üçün çox vacibdir. Biz tərbiyəsinə görə məsul olan şəxslərin razılığı olmadan yetkinlik yaşına şatmamış uşaqların məlumatlarını saxlamırıq. Biz yerkinlik yaşına çatmamış uşaqların özlərinin məlumatlarını daxil etdiklərini və ya onlar tərəfindən hər hansı məlumatların daxil edilməsini anladıqda bu məlumatları silirik.
1. İstifadə hüququ
Digər hal razılaşdırılmazsa, bu internet saytının tərkibini istifadə şərtlərinə əsasən şəxsi məqsədlə açmağa, istifadə etməyə və işçi masasında yerləşdirməyə dair biz məhdud şəkildə və ötürülməyən hüququ sizə veririk. Kommersiya məqsədi ilə istifadə, xüsusilə kommersiya elanının yerləşdirilməsi qadağandır.
Müqavilə ilə digər hal razılaşdırılmazsa, biz sərbəst gümanlarımız əsasında və əvvəlcədən məlumat vermədən internet saytının istifadəsini məhdudlaşdıra və ya dayandıra bilərik. Bu zaman siz istifadə şərtlərinə əks addım atdıqda və ya özünüzə dair məlumatları yanlış, qeyri dəqiq və ya natamam şəkildə daxil etdikdə və ya bu haqda şübhəyə malik olduqda biz, şifrəyə təsir göstərə, istifadəçi hesabını və onun məzmununu qeyri aktivləşdirə və ya silə, o cümlədən şəxsi xidmətlərə girişi bağlaya bilərik..
2. Öhdəlik
New Yorker öz saytında düzgün və aktual məlumatı yerləşdirmək öhdəliyini daşıyır. Lakin məlumatın düzgünlüyü və/və ya aktuallığına dair zəmanət və ya əminlik verilə bilməz. Zəhmət olmasa nəzərə alın ki, biz saytımıza icazəsiz girişə görə məsuliyyət daşımırıq. Bu səbəbdən müqavilə ilə digər şərt razılaşdırılmazsa, biz məzmun və xidmətləri hər zaman yeniləmək və ya dayandırmaq hüququnu özümüzdə saxlayırıq. Bu səbəbdən, internet saytına girişin kəsilməməsinə dair heç bir zəmanət və sayta daxil olma mümkünlüyünün olmamasına, günahsız şəkildə məlumatların itməsinə dair heç bir öhdəlik yoxdur.
İnternet saytda üçüncü tərəfin internet saytına link mövcud olduqda bu onların məlumatı ilə razılaşmağımız mənasını daşımır, biz digər şirkətlərin internet saytlarını təmamilə yoxlaya bilmərik. Link sizin üçün göstəriş xarakteri daşıyır. Biz həmçinin linkli saytlara girişə dair zəmanət vermirik. Qanun New Yorker-dən ötürülmüş və ya yaddaşda saxlanmış məlumatlara nəzarət etməyi və ya şəraitə əsasən yanlış fəaliyyət xarakterli məlumatların araşdırılmasını tələb etmir (§ 7 TMG).
Biz interaktiv xidmətlərdə iştirak imkanı təklif etdiyimiz müddətdə siz özünüzün quraşdırdığınız məzmuna görə məsuliyyət daşıyırsınız.
Biz yanlış fəaliyyət və kobud addımlara görə ümumilikdə məsuliyyət daşıyırıq. Yüngül xətaya görə biz öhdəliyin pozulması (kardinal öhdəlik) halında və məhdud şəkildə məsuliyyət daşıyırıq. Məhdudiyyət müqaviləyə əsasən əvvəlcədən hesaba alına bilən xətalara aiddir.
Biz yekun xətalara, xüsusilə gəlirin itməsinə və ya maddi xətalara görə məsuliyyət daşımırıq. Bundan əlavə biz
məlumat itkisi və ya digər şəkildə internet saytından məlumatın yüklənməsi nəticəsində yaranan, kompyuter və
proqramlara ziyan vurulmasına görə məsuliyyət daşımırıq.
Öhdəliklərin mövcud şəkildə məhdudlaşdırılması həyata,
bədənə və ya sağlamlığa vurulan ziyana və məhsul qanuna əsasən tələblərə şamil edilmir.
Mövcud şəkildə öhdəliklərin məhdudiyyəti eyni zamanda işçilərə, qanuni nüaməyəndələrə və yardımçı şəxslərə də şamil edilir.
İstifadəçi New Yorker saytının yanlış və ya qanuna zidd şəkildə istifadəsi və ya bundan yaranan müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində yaranan bütün ziyanlara görə məsuliyyət daşıyır.
3. İnternet saytı (əlaqəli öhdəliklər)
Siz şəxsi xidmətlər üçün lazımlı olduqda özünüzə dair məlumatların- xüsusilə ad, soyad, ünvan, telefon nömrəsi və elektron poçt ünvanı - tam şəkildə daxil edilməsinə görə məsuliyyət daşıyırsınız. Bu səbəbdən biz sizdən şəxsi məlumatların müntəzəm olaraq aktuallaşdırılmasını xahiş edirik.
İnternet saytının istifadəsinə və onunla bağlı xidmətlərlə bağlı hüquqlar sizə şamil olunur. İstifadə şəraitinə əsasən hüquq və öhdəliklər nə tam nə də natamam şəkildə üçüncü tərəfə ötürülə bilməz. Forum, çat, bloq və digər interaktiv xidmətlərdə iştirak etdikdə istifadə hesabınıza girişi o cümlədən şifrənizi üçüncü şəxslə paylaşmağınız qadağandır; bu qaydalar internet saytından və xidmətlərdən istifadə etdiyiniz üçün sizə şamil edilir.
İnteraktiv xidmətlərin istifadəçisi kimi şifrə və istifadə hesabına dair digər məlumatları gizli saxlamamlısınız. İstifadə hesabınızın icazə olmadan istifadəsinə dair məlumatı bizə yazılı şəkildə və ya info-datenschutz@newyorker.de ünvanına məktub göndərərək bildirməlisiniz. Bu halda da internet saytının icazəsiz istifadəsinə görə məsuliyyət daşıyırsınız. İstifadə hesabınızın şifrəsinin istifadəsinə dair və digər məlumatlar haqqında şübhə etdikdə zenidən onu oxumalısınız.
İnternet saytına proqram və kompüterin işinə təhlükə yaradan və ya onu pozan qüsurlu məzmuna (xüsusilə virus koduna malik) və digər proqramlara malik material yerləşdirmək qadağandır. İnteraktiv xidmət zamanı məzmunun süzgəcdən keçirilməsi üçün aktual virus proqramının istifadəsi icazə veriləndir.
Qanuna zidd və ya təhqir xarakterli, xüsusilə irqlərə nifrətlə bağlı və ya yorakılığı artıran, müharibəyə səsləyən, pornoqrafik və ya seksual məzmunlu, uşaq və gənclərə təhlükə yaradan və ya bu tipli məzmunlara aid təkliflər edən materialların yüklənməsi, yayılması və ya giriş imkanının verilməsi qadağandır.
Sistem və ya şəbəkə təhlükəsizliyinə ziyan vuran və ya bunu nəzərdə tutan, məsələn səlahiyyətsiz girişi kəskinləşdirən və ya viruslu kodu yayan və ya səlahiyyətsiz girişi mümkün edən fəaliyyətlər qadağandır.
5. Digərləri
İstifadə hüquqları alman qanununa və BMT-in alıcı hüquqlarına əsaslanır.
Bu istifadə şərtlərinin ayrı-ayrı
bəndləri qüvvədən düşdükdə və ya qanuna zidd olduqda bu, digər bəndlərə şamil edilmir. Qüvvədə olmayan razılaşmaya
dair tərəflər qüvvədən düşən hissələrin iqtisadi məqsədlərinin hüquqi şəkildə qüvvədə olmasına dair razılıq əldə
etməlidirlər. Bu şəkildə qaydalar müəyyən qayda boşluqları olduqda tətbiq oluna bilər.
İstifadə şərtləri sizinlə New Yorker arasında şə xsi xidmətlərlə bağlı xüsusi şərtlər, məlumatların qorunması və interakti xidmətlərlə bağlı digər qaydaları əks etdirir.